Xəzər Xəbər

Türkiyə Superliqasının 29-cu turunun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 09:23 • 21 Aprel 2019
Türkiyə Superliqasının 29-cu turunun növbəti oyunları keçirilib -

Aprelin 20-də Türkiyə Superliqasının 29-cu turunun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, günün mərkəzi matçında "Qalatasaray” öz meydanında "Kayserispor”u sınağa çəkib. Matç 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. "Qalatasaray”ın heyətində Diane dubl edib, Naqatomo isə bir dəfə fərqlənib. Qonaqların yeganə qolunu isə Kravets vurub.


Beləliklə, bu qələbədən sonra xallarının sayını 59-a yüksəldən "Cim-bom” lider "Başakşəhər”lə xal fərqini ikiyə endirib. "Başakşəhər” rəqibinə nisbətən bir oyun az keçirib.


Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:


"Trabzonspor” – "Yeni Malatyaspor” – 2:1


"Göztəpə” – "Ərzurum BB” – 0:1


"Akhisarspor” – "Antalyaspor” – 1:2

Xəbər lenti

Çox oxunanlar