Xəzər Xəbər

“Hələ elə də qoca deyiləm” - “Qarabağ”ın rekordçusu

İdman | 15:35 • 19 Aprel 2019
“Hələ elə də qoca deyiləm” -

"Çox sevinirəm ki, "Qarabağ”ın heyətində 400 oyun keçirmişəm. Azərbaycanın ən güclü klubunda oynamaq hər kəsə nəsib olmur”.


Bunu "Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.


Ağdam klubunun heyətində 400-cü oyununu keçirən 30 yaşlı müdafiəçi bu yubileylə bağlı fikirlərini "Qarabağ”ın mətbuat xidmətinə açıqlayıb: "13 ildir eyni komandada çıxış edirəm və çox sevindirici bir haldır. Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək. Bu daha çox xoş oldu. Başqası formanı versəydi, sevinərdim, amma bu tam fərqli bir hissdir. Öz uşaqların gəlib sənə forma verəndə tamam başqa olur. Bu sürprizi çox bəyəndim. Çalışacağam ki, "Qarabağ”da oyunlarımın sayını çoxaldım. Hələ elə də qoca deyiləm. İnanıram ki, oynasam, bu rəqəmi daha da artıra bilərəm”.

Qeyd edək ki, Topaz Premyer Liqasının dünən keçirilən "Qarabağ” – "Keşlə” matçı (3:0) M.Medvedevin komandasının heyətində keçirdiyi ümumilikdə 400-cü oyun olub. Bu göstəricidə klubun rekordçusu olan müdafiəçi 12 qol vurub.

Xəbər lenti