Xəzər Xəbər

Lionel Messi həftənin ən yaxşı futbolçusu olub

İdman | 14:46 • 19 Aprel 2019
Lionel Messi həftənin ən yaxşı futbolçusu olub

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab qarşılaşmalarının keçirildiyi həftənin ən yaxşı futbolçusu müəyyənləşib.


Xezerxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi azarkeşlər arasında aparılan sorğunun nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu seçilib.


Otuz iki yaşlı hücumçu bu nominasiyada Heunq-Min Son ("Tottenhem”), Roberto Firmino ("Liverpul”) və Frenk de Yonqu ("Ayaks”) qabaqlayıb.


L.Messi "Barselona”nın dörddəbir final mərhələsinin cavab görüşündə doğma meydanda İngiltərənin "Mançester Yunayted” klubunu məğlub etdiyi matçda (3:0) iki qolla yadda qalıb.

Xəbər lenti