Xəzər Xəbər

"Roma" futbolçularına bu şəxslə şəkil çəkdirməyi qadağan etdi Şok səbəb

İdman | 12:13 • 18 Aprel 2019
"Roma" futbolçularına bu şəxslə şəkil çəkdirməyi qadağan etdi

"Roma" klubu futbolçularına kanadalı məşhur müğənni Drake ilə şəkil çəkdirməyi qadağan edib.


Buna səbəb sənətçi ilə şəkil çəkdirməyin uğursuzluq gətirməsinə inanılması olub.


Şəkil çəkdirdiyi futbolçulara uğursuzluq gətirdiyinə inanılan Drakenin son "qurbanı" PSJ olub. Paris klubunun futbolçusu Layvin Kurzava 1:5 hesabı ilə yenildikləri "Lill" matçından əvvəl kanadalı müğənni ilə şəkil çəkdirib. PSJ bu oyunda heç-heçə sayəsində də çempionluğunu rəsmiləşdirəcəkdi. Amma komanda 5 qol buraxaraq şok yaşayıb.


"Roma" klubu isə bunu Layvin Kurzavanın Drake ilə şəkil çəkdirməsinə bağlayaraq sosial mediadan açıqlama yayaraq futbolçularına qadağa qoyub: "Mövsümün sonunadək bütün futbolçularımızın Drake ilə şəkil çəkdirməsi qadağan olunur".




Bunun ardınca bir sosial media istifadəçisi "Drake lənəti"nin qurbanı olan futbolçuların olduğu foto paylaşıb. Həmin paylaşımda Drake ilə şəkil çəkdirdikləri həftə komandaları uduzan futbolçular yer alıb.




Fanat.Az

Xəbər lenti