Xəzər Xəbər

Ernesto Valverde: "Leomuz olduğu üçün üzr istəməyəcəyik"

İdman | 15:51 • 17 Aprel 2019
Ernesto Valverde: "Leomuz olduğu üçün üzr istəməyəcəyik"

"Oyundan və nəticədən çox məmnunam. Uzun müddət idi yarımfinala çıxa bilmirdik”.

Bunu Çempionlar Liqasının 1/4 finalının cavab oyununda səfərdə 1:0 hesabıyla yendiyi "Mançester Yunayted”i darmadağın edərək (3:0) mübarizədən kənarlaşdıran "Barselona”nın baş məşqçisi Ernesto Valverde deyib.

Mütəxəssis Barselonadakı matçın ardından porlaq qələbəni dəyərləndirib: "Finala çıxmaq istəyirik. Öz gücümüzə güvənirik. Ancaq onu da dərk edirik ki, 5 uğuruz dəqiqə turnirdən kənarda qalmaq üçün kifayət edir. Messi hərzaman komandanın problemdən çıxmasına kömək edir. Ancaq biz Leomuz olduğu üçün üzr istəməyəcəyik. Onun sıralarımızda yer alması xoşbəxtliyimizdi. Messinin qolu oyunun axarını dəyişdi".

Fanat.Az

Xəbər lenti