Xəzər Xəbər

Faiq Qarayev milliyə qayıdıb? AÇIQLAMA

İdman | 14:42 • 17 Aprel 2019
Faiq Qarayev milliyə qayıdıb?

Faiq Qarayev milli komandamıza baş məşqçi postuna qayıtmayıb.

Bunu Oxu.Az-a Azərbaycan Voleybol Federasiyasından bildiriblər.

"Hazırda millimizin Azərbaycanda oynayan üzvləri Bakıda məşqçilər – Famil Ağayev, Vüqar Əliyev və Emin Əbilovun rəhbərliyi altında məşq keçir və mayın sonlarında başlayacaq Qızıl Avropa Liqasına hazırlaşır. Faiq Qarayev federasiyanın vitse-prezidenti kimi fəaliyyətini davam etdirir. Onun baş məşqçi postuna qayıdıb-qayıtmayacağına hələ ki qərar verilməyib. Bu məsələyə federasiya prezidenti Cavid Qurbanovun rəhbərliyi altında yaxın günlərdə keçiriləcək Rəyasət Heyətinin iclasından sonra baxılacaq.

Qızıl Avropa Liqası üçün təqdim olunan heyət də ötənilkidir. Yəni Faiq Qarayevin adının orda olması bu səbəbdəndir. Bizim yarış başlayanadək həmin siyahıda dəyişiklik etmək hüququmuz var”.

Xatırladaq ki, Faiq Qarayev ötən ilin sonlarında Yaponiyada keçirilmiş dünya çempionatından sonra istefa verib.

Xəbər lenti