Xəzər Xəbər

Dembele Neymardan üstündür?

İdman | 13:47 • 17 Aprel 2019
Dembele Neymardan üstündür?

Barselona-nın prezidenti Josep Mariya Bortemeu komandanın futbolçusu Usman Dembele ilə PSJ-nin hücumçusu Neymarı müqayisə edib.

İspaniyanın "TVE" telekanalına danışan klub rəsmisi Dembelenin komandanın sabiq üzvü Neymardan daha yüksək səviyyədə olduğunu deyib "Daha əvvəl də Neymarın transferindən qazandığımız pulu Dembele və Koutinyoya xərclədiyimizi bildirmişdim. Dembele hazırda Neymardan daha üst səviyyədə olan oyunçudur”.

Qeyd edək ki, Neymar 2017-ci ildə Kataloniya klubundan PSJ-yə 222 milyon avroya transfer olunub.

Xəbər lenti