Xəzər Xəbər

La Liqa klubu PSJ-nin futbolçusunu transfer etdi

İdman | 13:36 • 17 Aprel 2019
La Liqa klubu PSJ-nin futbolçusunu transfer etdi

İspaniyanın "Real Betis" klubu mövsümün əvvəlində Fransa PSJ-sindən icarəyə götürdüyü Covanı Lo Çelsonu birdəfəlik transfer edib.

Əndəlüslər bu keçid üçün 22 milyon avrosundan keçib. Argentina millisinin üzvüylə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm La Liqada 27 oyuna 8 qol vurub, 2 assist edib.

Xəbər lenti