Xəzər Xəbər

Çempionlar Liqasında yarımfinal HƏYƏCANI: 3 ingilis klubu mübarizəyə çıxır

İdman | 12:56 • 17 Aprel 2019
Çempionlar Liqasında yarımfinal HƏYƏCANI:

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin yekun oyunları baş tutacaq.

XəzərXəbər xəbər verir ki, bu turdan sonra bütün yarımfinalçılar müəyyənləşəcək.

Mərhələ çərçivəsində iki görüş olacaq: biri İspaniyada, digəri isə İngiltərədə. "Portu" doğma meydanda "Liverpul”u qonaq edəcək.

Digər matçın qəhrəmanlarının hər ikisi də İngiltərə təmsilçisidir. Londondakı matçda rəqibinə 0:1 hesabı ilə məğlub olan "Mançester Siti" doğma azarkeşləri önündə məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

17 aprel

Çempionlar Liqası

1/4 final

Cavab oyunları

23:00. "Mançester Siti" (İngiltərə) - "Tottenhem" (İngiltərə)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Mançester."City of Manchester Stadium"

İlk oyun: 0:1

23:00. "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Danni Makkeli (Hollandiya)

Portu."Estadio do Dragao"

İlk oyun - 0:2.

Xəbər lenti