Xəzər Xəbər

PSJ-də ciddi itki Neymar, Kavani, Di Mariya, Veratti...

İdman | 12:12 • 17 Aprel 2019
PSJ-də ciddi itki

Fransa Liqasının 28-ci turunda "Nant”la qarşılaşacaq PSJ oyuna ciddi itkilərlə çıxacaq.

Komandanın 8 aparıcı üzvü bu görüşü buraxacaq. Bunlar Neymar, Edinson Kavani, Tiaqo Silva, Marko Veratti, Markinyos, Anhel di Mariya. Xuan Bernat və Tomas Menyedir. Bu barədə yerli mətbuata açıqlama verən komandanın baş məşqçisi Tomas Tuhel futbolçuların bəzilərinin cəzalı durumda, bəzilərinin isə zədəli olduğunu bildirib.

Qeyd edək ki, PSJ sabah səfərdə keçirilcək görüşdə qalib gəlsə, çempionluğunu rəsmiləşdirəcək.

Xəbər lenti