Xəzər Xəbər

“Yuventus” Mario Mandzukiçlə yeni müqavilə barədə razılığa gəlib

İdman | 15:06 • 27 Mart 2019
“Yuventus” Mario Mandzukiçlə yeni müqavilə barədə razılığa gəlib

İtaliyanın "Yuventus” futbol klubu hücumçusu Mario Mandzukiçlə yeni müqavilə barədə razılığa gəlib.


Xezerxeber.az xəbər verir ki, 32 yaşlı xorvatiyalı hücumçu ilə yeni müqavilə 2021-ci ilin yayınadək nəzərdə tutulub. Bu müqaviləyə əsasən, hücumçunun illik maaşı 5,5 milyon avro olacaq.


Qeyd edək ki, Mandzukiç 2015-ci ildə "Bavariya”dan Turin klubuna transfer olunub. Hücumçu cari mövsümdə "Yuventus” un heyətində keçirdiyi 29 oyunda 9 qol vurub.

Xəbər lenti