Xəzər Xəbər

Fabio Quagliarella yeni rekorda imza atıb

İdman | 14:43 • 27 Mart 2019
Fabio Quagliarella yeni rekorda imza atıb

"Sampdoriya” klubunun və İtaliya yığmasının hücumçusu Fabio Quagliarella milli komandanın tarixinə düşüb.

Xezerxeber.az xəbər verir ki, 35 yaşlı hücumçu İtaliya futbolu tarixində milli komandada qol vuran ən yaşlı oyunçu adını qazanıb. Hücumçu "Avro 2020”nin seçmə mərhələsinin ikinci turunda Lixtenşteynlə görüşdə (6:0) dubl edib. Təcrübəli hücumçu 36 yaş 54 günlüyündə bunu bacarıb. Bu göstərici ilə o, Kristian Panuççini qabaqlayıb. Panuççi millidə 35 yaş 62 günlük olarkən fərqlənib.

Xəbər lenti