Xəzər Xəbər

“Qalatasaray”ın sabiq futbolçusu həbs olunub

İdman | 12:16 • 27 Mart 2019
“Qalatasaray”ın sabiq futbolçusu həbs olunub

İsrailin "Hapoel” klubunun futbolçusu Qabriel Tamaş həbs olunub.


Hayfa təmsilçisinin 35 yaşlı rumıniyalı futbolçusunun içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.


Avtomobili ilə saatda 205 km sürətlə hərəkət edən müdafiəçiyə 30 günlük həbs cəzası verilib. Buna onun qanında 205 promilli alkoqolun aşkarlanması səbəb olub. Tamaşın idarə etdiyi avtomobildə ondan başqa iki qadın da olub.


Qeyd edək ki, 2003/04 mövsümündə Türkiyə "Qalatasaray”ında oynamış müdafiəçi karyerası ərzində Moskva "Spartak”ı, Buxarest "Dinamo”su, "Styaua”, "Oser”, "Selta”, "Vest Bromviç”, "Uotford” və "Kardiff” kimi klublarda çıxış edib. O, Rumıniya millisində keçirdiyi 67 matçda 3 qol vurub. (ONA)

Xəbər lenti