Xəzər Xəbər

Bədii gimnastımız Fransada iki medal qazanıb

İdman | 13:34 • 27 Mart 2019
Bədii gimnastımız Fransada iki medal qazanıb

Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.


Azərbaycan Gimnastika Federasiyasındən verilən xəbərə görə, turnirdə ölkəmizi Veronika Qudis, Darya Sorokina, Nərmin Bayramova, Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.


Gənclərin yarışında A.Cəlilova lent və gürzlərlə çıxışı ilə fərqlənərək, millimizin hesabına iki bürünc medal yazdırıb. Gimnastımız iplə çıxışına görə altıncı olub. N.Bayramova isə topla beşinci yerdə qərarlaşıb.


Böyüklərin mübarizəsində isə V.Qudis top ilə yarışı 6-cı, D. Sorokina isə gürzlərlə 7-ci yerdə başa vurublar.

Xəbər lenti