Xəzər Xəbər

“Yuventus” və “Fiorentina” oyununu rekord sayda azarkeş izləyib

İdman | 09:25 • 27 Mart 2019
“Yuventus” və “Fiorentina” oyununu rekord sayda azarkeş izləyib

"Yuventus” və "Fiorentina”nın qadınlardan ibarət komandalarının oyununu stadionda rekord sayda azarkeş izləyib.


AZƏRTAC Italiyanın "oasport.it’ saytına istinadla xəbər verir ki, ölkə çempionatı çərçivəsində Turinin "Alyans” stadionunda "Yuventus” və "Fiorentina”nın qadınlardan ibarət komandalarının qarşılaşmasına 40 min azarkeş baxıb.


Qeyd edək ki, turnir cədvəlində 1-ci və 2-ci yerləri bölüşdürən və bu görüşədək florensiyalıları 1 xal qabaqlayan "Yuventus” qarşılaşmadan 1-0 hesablı qələbə ilə ayrılaraq rəqibi ilə arasındakı xal fərqini 4-ə yüksəldib.

Xəbər lenti