Xəzər Xəbər

Azərbaycan və Litva millisinin yoldaşlıq görüşü başlayıb

İdman | 18:03 • 25 Mart 2019
Azərbaycan və Litva millisinin yoldaşlıq görüşü başlayıb

Azərbaycan millisinin Litva millisi ilə yoldaşlıq görüşü başlayıb.


Xezerxeber.az xəbər verir ki, "Bakcell Arena” stadionunda keçirilən oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edir.


Komandamızın start heyətində meydana Səlahət Ağayev, Qara Qarayev, Maksim Medvedev (k), Bədavi Hüseynov, Araz Abdullayev, Ramil Şeydayev, Eddi İsrafilov, Rüfət Dadaşov, Anton Krivotsyuk, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxıb.


Qeyd edək ki, UEFA-nın təqvim reqlamentinə əsasən, hər iki komanda AVRO-2020-nin seçmə mərhələsində ikinci turu buraxıb. İlk turda Azərbaycan səfərdə Xorvatiyaya, Litva isə Lüksemburqa eyni hesabla uduzub - 1:2.


Həm Nikola Yurçeviç, həm də Valdas Urbonas baş məşqçi olduqları yığmanı bu il ilk dəfə yoldaşlıq görüşündə sınaqdan çıxaracaq. Bu komandalar əvvəllər 2 dəfə qarşılaşıblar. 1998-ci ildə Estoniyanın Vilyandi şəhərində təşkil olunmuş matçda Azərbaycan 2:1, 2008-ci ildə Vilnüsdə baş tutmuş qarşılaşmada Litva 1:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki ölkə yığması həm də ilk dəfə Bakıda üz-üzə gələcək.

Xəbər lenti