Xəzər Xəbər

Bədii gimnastımız beynəlxalq turnirdə 2 bürünc medal qazandı

İdman | 13:48 • 25 Mart 2019
Bədii gimnastımız beynəlxalq turnirdə 2 bürünc medal qazandı

Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir öz işinə yekun vurub.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə ölkəmizi Veronika Qudis, Darya Sorokina, Nərmin Bayramova, Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.

Qızlarımızdan gənclər arasında mübarizə aparan A.Cəlilova lent və gürzlərlə çıxışı ilə fərqlənərək millimizin hesabına iki bürünc medal yazdırıb və bayram günlərində komandaya ikiqat sevinc yaşadıb. Gimnastımızın iplə çıxışı isə onu 6-cı edib.

Digər final mərhələsində daha bir gimnastımız N.Bayramova top ilə öz gücünü sınayıb və nəticədə 5-ci olub.

Böyüklər arasında isə V.Qudis top ilə 6-cı, D.Sorokina isə gürzlərlə 7-ci yerdə yarışı başa vurublar.

Xəbər lenti