Xəzər Xəbər

"Avro-2020"-nin talismanı təqdim olunub

İdman | 09:18 • 25 Mart 2019
"Avro-2020"-nin talismanı təqdim olunub

Martın 24-də "Avro-2020"nin rəsmi talismanı təqdim olunub.


Xezerxeber.az xəbər verir ki, "Johan Cruijff Arena" stadionunda oynanılan Hollandiya-Almaniya oyunundan əvvəl 55 min tamaşaçıya Skillzi adlı talisman təqdim olunub. Onu meydana tanınmış fristayçılar Liv Kuk və Tobias Bex gətirib.


Qeyd edək ki, "Avro-2020”-nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq. 24 komandadan 4-ü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.

Xəbər lenti