Xəzər Xəbər

Albaniyada Panuççi dönəmi bitdi

İdman | 15:11 • 23 Mart 2019
Albaniyada Panuççi dönəmi bitdi

Albaniya Futbol Federasiyası millinin baş məşqçisi Kristian Panuççi ilə yolları ayırıb.

XəzərXəbər qurumun saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Albaniyanın AÇ-2020-nin seçmə mərhələsində evdə Türkiyə millisinə 0:2 hesabı ilə məğlub olmasındansonra federasiya belə qərar verib. Komandanı martın 25-də Andorra ilə keçiriləcək görüşə Ervin Bulku və Süleyman Mema hazırlayacaq.

Qeyd edək ki, italiyalı mütəxəssis 2017-ci ildən Albaniyanı çalışdırırdı.

Xəbər lenti