Xəzər Xəbər

Türkiyə Albaniyaya, Portuqaliya Ukraynaya qarşı

İdman | 17:34 • 22 Mart 2019
Türkiyə Albaniyaya, Portuqaliya Ukraynaya qarşı

Bu gün "AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində ilk turun daha 7 oyunu keçiriləcək.


XəzərXəbər xəbər verir ki, bu dəfə üç qrupda mübarizəyə start veriləcək.


A qrupunda İngiltərə Çexiyanı qəbul edəcək. Digər görüşdə isə Monteneqro Bolqarıstanın qonağı olacaq


B qrupunda Portuqaliya- Ukrayna görüşü keçiriləcək.


Ölkəmizdə Türkiyənin səfərdə Albaniyaya qarşı keçirəcəyi görüş xüsusi maraq kəsb edir.


Son dünya çempionu Fransa isə Moldovanın qonağı olacaq.


AVRO-2020

Seçmə mərhələ

22 mart


A qrupu

21.00 Bolqarıstan - Monteneqro

23.45 İngiltərə - Çexiya


B qrupu

23.45 Lüksemburq - Litva

23.45 Portuqaliya - Ukrayna


H qrupu

23.45 Albaniya - Türkiyə

23.45 Andorra - İslandiya

23.45 Moldova - Fransa

Xəbər lenti