Xəzər Xəbər

"Real"ın birnömrəli transfer hədəfi

İdman | 17:46 • 22 Mart 2019
"Real"ın birnömrəli transfer hədəfi

PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını İspaniyada davam etdirə bilər.


"As" nəşrinin məlumatına görə, "Real"ın yay "transfer pəncərəsi"ndəki əsas hədəfi Mbappedi. Prezident Florentino Peresin Zinədin Zidana ulduz transferlər olacağına dair vəd verdiyi və siyahının başında fransız futbolçunun adının gəldiyi bildirilir.


PSJ-nin Avropadakı uğursuzluqlarından, o cümlədən ilk dövrədəki "Marsel" qarşılaşması ərəfəsində toplanışa gecikdiyi üçün klub tərəfindən cərimələnməsindən narazı olan Mbappenin komandanı tərk etmək istədiyi yönündə xəbərlər gəzir.


Qeyd edək ki, "Real" 2017-ci ildə Mbappeni heyətinə qatmağa yaxın olsa da, sonda gənc oyunçu seçimini PSJ-dən yana etmişdi.

Xəbər lenti