Xəzər Xəbər

Ölkə prezidenti Xorvatiya - Azərbaycan oyunundan danışdı: "Gərgin idim"

İdman | 14:05 • 22 Mart 2019
Ölkə prezidenti Xorvatiya - Azərbaycan oyunundan danışdı:

AÇ-2020-cin seçmə mərhələsi çərçivəsində Xorvatiya yığması Azərbaycanı 2:1 hesabı ilə məğlub edib.

XəzərXəbər "24sata.hr" saytına istinadən xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç də olub. O, oyunla bağlı düşüncələrini bölüşüb: "Daha yaxşı ola bilərdi, lakin seçmə mərhələnin ilk oyunu olduğu üçün problem deyil. Macarıstanla oyundadaha yaxşı və dinamik olacağımıza inanıram. Oyuna nəzarət etdiyimiz göründü, lakin çox qol şanslarını əldən verdik. Rəqibin arxada çoxlu futbolçusu var idi. Onlar bütün oyunu öz hissələrində oynadılar və müdafiə olundular. Fikrimcə, bir az daha da aqressiv olmalıyıq. Hamınız bilirsiniz ki, hər zaman "Risk yoxdursa, qazanc da olmayacaq" fikirlərini söyləyirəm. Macarıstanla oyunda da tribunada olacam və buna görə Budapeştə yollanacam".

Xəbər lenti