Xəzər Xəbər

"Barselona" "Ayaks"a 60 milyon təklif etdi De Liqt üçün

İdman | 15:08 • 21 Mart 2019
"Barselona" "Ayaks"a 60 milyon təklif etdi

"Barselona” Matteys de Liqtin transferi üçün "Ayaks”la danışıqlara başlayıb.

Kataloniya klubu 19 yaşlı müdafiəçinin keçidi üçün qarşı tərəfə 60 milyon avro təklif edib. Tərəflərin hələlik razılığa gəlmədiyi bildirilir.

"Barselona” mövsümün sonunda gənc futbolçu ilə uzunmüddətli müqavilə bağlamaq istəyir.

Qeyd edək ki, De Liqtlə "Bavariya”, PSJ və "Yuventus” da maraqlanır.

Xəbər lenti