Xəzər Xəbər

"Real"ın baş məşqçisi "Beşiktaş"a rəhbərlik edəcək Prezident açıqladı

İdman | 13:02 • 21 Mart 2019
"Real"ın baş məşqçisi "Beşiktaş"a rəhbərlik edəcək

"Beşiktaş”ın prezidenti Fikrət Orman klubla bağlı özəl açıqlamalar verib.

Prezident Gökhan Töre və Tolqa Zenginin klubdan ayrılacağını deyib.

Fikret Orman, bundan başqa, mövsümün sonunda komadadan ayrılıb milli komandaya gedəcək Şenol Güneşin yerinə keçəcək şəxsin adını açıqlayıb. O bildirib ki, baş məşqçinin köməkçisi Quti Hernandes komandanı mövsümün sonuna qədər çalışdıracaq.

Qeyd edək ki, Quti Hernandes bundan əvvəl "Real Madrid"in 19 yaşdan ibarət komandasının baş məşqçisi kimi fəaliyyət göstərib.

Xəbər lenti