Xəzər Xəbər

"Barselona"nın bəyənmədiyi futbolçunu 25 klub istəyir

İdman | 13:34 • 20 Mart 2019
"Barselona"nın bəyənmədiyi futbolçunu 25 klub istəyir

"Arsenal" Braziliyanın "İtuano" klubunun 17 yaşlı futbolçusu Qabriel Martinellini transfer etmək istəyir.


London klubunun yayda heyətinə qatmaq istədiyi futbolçunun transferində işi heç də asan olmayacaq. "Globo Esporte"nin iddiasına görə, 17 yaşlı hücumçunu hazırda 25 klub istəyir. Qeyd edilir ki, bu 25 klubdan 16-sı Avropa, həmçinin 4-ü İngiltərə təmsilçiləridi.


Braziliyadan isə "Atletiko Mineyro", "Korintians", "Kruzeyro", "Flamenqo", "Palmeyras", "Santos" və "San Paulo" da Qabrieli transfer etməyə çalışır. Futbolçunun meneceri Markos Kasseb isə onu Avropaya satmaq nyyətindədi.


Qeyd edək ki, bundan əvvəl "Barselona" və "Mançester Yunayted" Qabriel Martinellini sınaqdan keçirsə də, bəyənilməyib.


Fanat.Az

Xəbər lenti