Xəzər Xəbər

Balotellinin PSJ azarkeşlərini özündən çıxaracaq planı ürəyində qaldı

İdman | 12:02 • 19 Mart 2019
Balotellinin PSJ azarkeşlərini özündən çıxaracaq planı ürəyində qaldı

Qış fasiləsində "Nitsa"dan "Marsel"ə keçən Mario Balotelli Liqa 1-də hər tur qol sevincləriylə yadda qalır.

İtaliyalı hücumçu çempionatın 29-cu turunda PSJ ilə səfər oyunu üçün də qol sevinci planlaşdırıb. "Canal+"un xəbərinə görə, Balotelli yerli azarkeşləri özlərindən çıxarmaq istəyib. Belə ki, o, formasının altından Markus Reşfordun köynəyini geyinib. Mario qol vurduqdan sonra formasını çıxararaq, Reşfordun köynəyini nümayiş etdirməyi planlaşdırıb. Lakin oyunda rəqib qapısına yol tapa bilmədiyi üçün 28 yaşlı hücumçunun arzusu ürəyində qalıb.

"Marsel"in yeganə qoluna Valere Jermen imza atıb. Oyun PSJ-nin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, PSJ Çempionlar Liqasının 1/8 finalında ilk oyunda 2:0 hesabı ilə məğlub etdiyi "Mançester Yunayted"ə evdə uduzaraq, mübarizəni dayandırmışdı - 1:3. "Mançester Yunayted"i 1/4 finala yüksəldən qola isə Markus Reşford imza atmışdı.

Xəbər lenti