Xəzər Xəbər

Xorvatiya Azərbaycana qarşı hazırlıqlara başladı

İdman | 11:39 • 19 Mart 2019
Xorvatiya Azərbaycana qarşı hazırlıqlara başladı

AÇ-2020-nin seçmə mərhələsininin ilk oyununda millimizlə qarşılaşacaq Xorvatiya yığması artıq hazırlıqlara başlayıb.

Komanda geniş azarkeş kütləsinin qarşısında məşq edib.

İlk oyun həyəcanını mətbuatla bölüşən futbolçular yüksək səviyyədə hazırlaşdıqlarını bildiriblər. Hücumçu Andrey Kramariç qeyd edib ki, Azərbaycan yığıması ilə ağır oyun gözləyir:

"Rəqib bizə qarşı aqressiv olacaq. Matça ən yaxşı səviyyədə köklənməliyik. Bizim üçün asan olacaq deyə bilmərik. Həm Azərbaycanla ev matçına, həm də Macarıstanla səfər görüşünə ciddi yanaşmalıyıq. Lakin matçların maraqlı olacağına inanıram”.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq./publika.az

Xəbər lenti