Xəzər Xəbər

Joze Mourinyonun "Real"a qayıtmamasının səbəbi açıqlandı

İdman | 14:31 • 18 Mart 2019
Joze Mourinyonun "Real"a qayıtmamasının səbəbi açıqlandı

Joze Mourinyonun "Real"a qayıtmamasının səbəbi açıqlanıb.


Bu barədə "Kral Klubu"nun sabiq prezidenti Roman Kalderon açıqlama verib.


Onun sözlərinə görə, Zinəddin Zidan hazırkı prezident Florentino Peresin ilk namizədi olmayıb. Prezidentin əsas namizədi məhz Mourinyo olub: "Mourinyo ilk namizəd idi. Peresin ona böyük hörməti var. O, portuqaliyalı mütəxəssisə özü üçün sipər hesab edir. Çünki kimsənin deməyə cəsarət etmədiyi sözləri deyir, hakimləri ittiham edir".


Kalderonun sözlərinə görə, Mourinyonun komandaya dönüşünü futbolçular əngəlləyib: "Oyunçular Mourinyonun qayıdışını istəmədi. Onlar Antoine Kontenin komandaya glməsinin qarşısını da bu cür almışdılar. Konte təklif olunduqda futbolçular bu tip baş məşqçinin lazım olmadığını bildirmişdi".


Fanat.Az

Xəbər lenti