Xəzər Xəbər

Monçi "Sevilya"ya qayıtdı

İdman | 13:34 • 18 Mart 2019
Monçi "Sevilya"ya qayıtdı

İtaliyanın "Roma” klubundan istefaya göndərilən Ramon Monçinin yeni iş yeri bəlli olub.

"Transfer sehrbazı" ləqəbiylə tanınan məşhur futbol funksioneri keçmiş klubu "Sevilya”ya qayıdıb. O, klubun idman direktoru olacaq. Klub saytının məlumatına görə, Monçi aprelin 1-dən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Monçi 17 il "Sevilya"da çalışıb. O, 2017-ci ildə əndəlüsiyalılardan "Roma"ya keçmişdi.

Xəbər lenti