Xəzər Xəbər

Kante üçün Avropa nəhəngləri sıraya düzülüb

İdman | 10:34 • 18 Mart 2019
Kante üçün Avropa nəhəngləri sıraya düzülüb

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante Avropa nəhənglərinin transfer hədəfindədir.

"The Sun" xəbər verir ki, PSJ və "Real"dan sonra "Yuventus" da Fransa millisinin üzvü üçün hərəkətə keçib."Çelsi"nin 27 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avro tələb etdiyi bildirilir. Məlumata görə, Kante də komandadan ayrılmağa müsbət yanaşır.

Qeyd edək ki, Nqolo Kantenin London təmsilçisi ilə müqaviləsi 2023-cü ilə qədərdir.

Xəbər lenti