Xəzər Xəbər

Maykl Essyen rəsmən "Səbail"də

İdman | 11:54 • 17 Mart 2019
Maykl Essyen rəsmən "Səbail"də

Qana millisinin sabiq futbolçusu Maykl Essyenin "Səbail"ə keçidi rəsmiləşib.

XəzərXəbər xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb. 36yaşlı ulduz futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. Essyen ”Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.

Qeyd edək ki, peşəkar karyerasına "Bastiya”da başlayan Essyen "Çelsi”, "Real" və "Milan" kimi nəhəng klubların formasını geyinib. Yarımmüdafiəçi "Çelsi”nin heyətində 168 matçda 19 qol vurub.

Xəbər lenti