Xəzər Xəbər

Ronaldo UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

İdman | 09:09 • 16 Mart 2019
Ronaldo UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

Martın 16-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin görüşlərinin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Xezerxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Yuventus”un hücumçusu Kriştiano Ronaldo ən yaxşı oyunçu seçilib. Portuqaliyalı futbolçu "Barselona” klubunun ulduz futbolçusu Linel Messini, "Mançester Siti”nın hücumçusu Leroy Sane və "Liverpul” komandasının futbolçusu Sadio Manenı qabaqlayıb.

"Yuventus”ın İspaniyanın "Atletiko Madrid" klubuna 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Ronaldo het-trik edib.

Xəbər lenti