Xəzər Xəbər

"Tottenhem" 5 futbolçunu izləyir SİYAHI

İdman | 15:54 • 15 Mart 2019
"Tottenhem" 5 futbolçunu izləyir

"Tottenhem”in yay transfer planları bəlli olub.

Hotspur təmsilçisi sol cinah müdafiəçisi, mərkəz müdafiəçisi və nominal hücumçu ilə güclənmək istəyindədi. Bundan başqa, sözügedən klub yarımmüdafiəçilərlə də danışıq aparır.

Premyer Liqa klubunun 5 oyunçu ilə maraqlandığı dəqiqləşib. Bunlar "Aston Villa”nın yarımmüdafiəçisi və kapitanı Cek Qriliş, "Hall Siti”nin forvardı Carrod Bouen, "Valensiya”nın xavbeki Karlos Soler, "Fülhem”in hücumçusu Aleksandr Mitroviç və "Kristal Pelas”ın vingeri Uilfrid Zahadı.

Hərçənd "Tottenhem”i tərk edənlər də olacaq. Böyük ehtimalla, Tobi Alderveyreld, Denni Rouz, Viktor Vanyama və Vinsent Yansen iş yerlərini dəyişəcəklər. Eləcə də "Real”ın maraqlandığı Kristian Eriksenin komandada qalıb-qalmayacağı bilinmir.

Fanat.Az

Xəbər lenti