Xəzər Xəbər

Zidandan "Real"ın futbolçularına sərt xəbərdarlıq

İdman | 15:43 • 15 Mart 2019
Zidandan "Real"ın futbolçularına sərt xəbərdarlıq

"Real"ın yeni baş məşqçisi Zinəddin Zidan dünən komandanı ilk məşqə çıxarıb.


"AS" nəşri xəbər verir ki, fransalı mütəxəssis ilk məşqdə futbolçulara sərt şəkildə xəbərdarlıq edib. Zidan onlara heç kimin əsas heyətdə yerinin daimi olmadığını bildirib və keçmişi unutmağı məsləhət görüb:


"Keçmişi unudun. Biz sıfırdan başlayırıq. Hazırda sizin hər birinizin hansı vəziyyətdə olması önəmli deyil. Buna qədər etdiklərimiz də heç bir məna kəsb etmir. Heyətdə heç kimin yeri daimi deyil və eyni zamanda, heç kim bu şansı itirməyib. Qarşıdakı aylardan faydalanmalıyıq".


Fanat.Az

Xəbər lenti