Xəzər Xəbər

Son 5 ildə transferlərdən ən çox zərər edən 10 klub

İdman | 15:37 • 15 Mart 2019
Son 5 ildə transferlərdən ən çox zərər edən 10 klub

Avropada son 5 ildə futbolçuların alışı və satışı zamanı ən çox zərər edən klublar müəyyənləşib.


Siyahının ilk 2 pilləsində ərəb sərmayəsinin canlandırdığı "Mançester Siti" və PSJ qərarlaşıb. İlk "üçlüy"ü "Barselona" qapayır.


"Onluq"da İngiltərənin 4, İtaliyanın 3, İspaniyanın 2, Fransanın isə 1 klubu yer alıb.


Həmişə transferlərə böyük pullar xərcləyən "Real" isə "onluğ"a düşə bilməyib. "Kral Klubu" son 5 ildə futbolçu almağa 359,4 milyon xərcləyibsə, satışlardan 310,3 milyon avro gəlir əldə edib. Madrid təmsilçisinin zərəri 49,1 milyon avro olub.


10. Atletiko (İspaniya)

Transfer xərcləri: 460 milyon avro

Oyunçu satışından gəlir: 366,5 milyon avro

Zərər: 93,5 milyon avro


9. Liverpul (İngiltərə)

Transfer xərcləri: 555,5 milyon avro

Oyunçu satışından gəlir: 398,4 milyon avro

Zərər: 157 milyon avro


8. İnter (İtaliya)

Transfer xərcləri: 480,3 milyon avro

Oyunçu satışından gəlir: 293,6 milyon avro

Zərər: 184,4 milyon avro


7. Çelsi (İngiltərə)

Transfer xərcləri: 693,9 milyon avro

Oyunçu satışından gəlir: 451,2 milyon avro

Zərər: 242,6 milyon avro


6. Yuvenus (İtaliya)

Transfer xərcləri: 768,4 milyon avro

Oyunçu satışından gəlir: 509,8 milyon avro

Zərər: 258,5 milyon avro


5. Milan (İtaliya)

Transfer xərcləri: 496,4 milyon avro

Oyunçu satışından gəlir: 156,8 milyon avro

Zərər: 339,6 milyon avro


4. Mançester Yunayted (İngiltərə)

Transfer xərcləri: 622,1 milyon avro

Oyunçu satışından gəlir: 230 milyon avro

Zərər: 392 milyon avro


3. Barselona (İspaniya)

Transfer xərcləri: 797,1 milyon avro

Oyunçu satışından gəlir: 390,7 milyon avro

Zərər: 406,4 milyon avro


2. PSJ (Fransa)

Transfer xərcləri: 705,6 milyon avro

Oyunçu satışından gəlir: 293,6 milyon avro

Zərər: 412 milyon avro


1. Mançester Siti (İngiltərə)

Transfer xərcləri: 816,3 milyon avro

Oyunçu satışından gəlir: 248,2 milyon avro

Zərər: 568,1 milyon avro


Fanat.Az

Xəbər lenti