Xəzər Xəbər

“Amerika Kuboku 2020” iki ölkədə keçiriləcək

İdman | 15:18 • 15 Mart 2019
“Amerika Kuboku 2020” iki ölkədə keçiriləcək

Argentina və Kolumbiya 2020-ci ildə keçiriləcək futbol üzrə Amerika Kubokuna ev sahibliyi edəcək.

Bu qərar Mayami şəhərində keçirilən Konfederasiya Şurasının iclasında qəbul edilib. Turnir 2020-ci ildə iyunun 12-dən iyulun 12-dək davam edəcək.

Qeyd edək ki, Amerika kuboku çempionatı 2020-ci ildən başlayaraq, Avropa çempionatı ilə eyni vaxta keçiriləcək.

Amerika kubokunun ən çox 15 dəfə Uruqvay milli komandası qazanıb./publika.az

Xəbər lenti