Xəzər Xəbər

Essyen Bakıya gəldi: "Səbail" - "Qarabağ" oyununu izləyəcək

İdman | 13:37 • 15 Mart 2019
Essyen Bakıya gəldi:

"Səbail"in danışıqlar apardığı məşhur qanalı futbolçu Maykl Esyen Bakıya gəlib.

XəzərXəbər xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu gün Premyer Liqanın 21-ci turu çərçivəsində keçiriləcək "Səbail" - "Qarabağ" oyununu tribunadan izləyəcək. Sözügedən matç "Bayıl Arena"da reallaşacaq. Matçın start fiti 16:00-da səslənəcək.

Qeyd edək ki, Esyen "Lion", "Çelsi", "Real", "Milan", "Panatinaikos" kimi komandalarda çıxış edib.

Xəbər lenti