Xəzər Xəbər

Çempionlar Liqasında 1/4 finalın püşkü atılır

İdman | 13:32 • 15 Mart 2019
Çempionlar Liqasında 1/4 finalın püşkü atılır

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

XəzərXəbər xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Püşkatmada eyni ölkəni təmsil edən ölkələr də bir-birinə rəqib ola biləcəklər.

Çempionlar Liqası

1/4 final iştirakçıları

"Mançester Siti" (İngiltərə)

"Liverpul" (İngiltərə)

"Mançester Yunayted" (İngiltərə)

"Tottenhem" (İngiltərə)

"Barselona" (İspaniya)

"Yuventus" (İtaliya)

"Ayaks" (Hollandiya)

"Portu" (Portuqaliya)

Qeyd edək ki, 1/4 final mərhələsində ilk oyunlar aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalda isə ilk görüşlər 30 aprel-1 may, cavab matçları isə 7-8 may tarixlərində olacaq.

Xəbər lenti