Xəzər Xəbər

“Möcüzələr yaratmaq üçün buradayam” Ronaldo

İdman | 16:36 • 13 Mart 2019
“Möcüzələr yaratmaq üçün buradayam”

Yuventus-un hücumçusu Kriştiano Ronaldo komandasının ÇL-nin 1/8 finalının cavaq qarşılaşmasında Atletico üzərində qələbədən (3:0, ilk oyun 0:2) sonra fikirlərini bölüşüb.


Forvard qarşılaşmada etdiyi het-trikə də münasibət bildirib.


"Bu matçı hamı gözləyirdi. Azarkeşlərə gözəl bir gecə bəxş etdik. Söhbət vurulan qollardan getmir. Komandanın əzmkarlığını, öz işini əla görməsini nəzərdə tuturam. Atletico asan rəqib deyil. Lakin biz qələbəyə layiq oynadıq. Çempionlar Liqasında məhz bu cür xarakter nümayiş etməlisən. İndiyədək Yuventus ÇL-də het-trik etməyib. İlkə imza atdığım üçün sevinirəm. Möcüzələr yaratmaq üçün buradayam. Finaldan danışmaq hələ tezdir. Son mərhələyə addım-addım yaxınlaşırıq”, - Ronaldo bildirib.

///Goal.az

Xəbər lenti