Xəzər Xəbər

Gökhan Töre 9 aydır maaş ala bilmir

İdman | 14:41 • 13 Mart 2019
Gökhan Töre 9 aydır maaş ala bilmir

"Beşiktaş"ın türkiyəli futbolçusu klubdan 9 aydır maaş ala bilmədiyini açıqlayıb.

Türkiyənin "Beşiktaş" klubunun heyətdən kənarlaşdırılan futbolçusu Gökhan Töre rəsmi "Twitter" hesabından maraqlı açıqlama verib.

28 yaşlı cinah yarımmüdafiəçisi "TRT Spor" kanalında yayımlanan "Gündəm Futbol" verilişdə Fatih Doğan adlı jurnalistin yalan söylədiyini və onunla heç vaxt danışmadığını deyib.

Oyunçu həmin verilişdə onun barəsində danışıldığı üçün məsələyə münasibət bildirməyin zəruri olduğunu vurğulayıb: "Heyətdən kənarlaşdırıldığımı biləndə artıq transfer pəncərəsinin bağlanmasına iki gün qalmışdı. Səbəbini soruşdum və cavab ala bilmədim. Bu vaxt ərzində peşəkar transfer reallaşdırmağın mümkün olmadığını bilirsiniz. Verilişdə bildirdiniz ki, klub fubolçunun maaşını verib, niyə bağışlamır? Doqquz aydır maaşımı ala bilmədim. Üzr istəyəsi bir şey etməmişəm".

Qeyd edək ki, jurnalist Fatih Doğan "Gündəm Futbol" verilişində Gökhan Törenin "Beşiktaş"ın heyətdən kənarlaşdırılması ilə bağlı danışıb. O, bunun səbəbini futbolçudan və klubdan soruşduğunu, lakin heç bir cavabın verilmədiyini iddia edib. Doğan həmçinin futbolçunun pulunu da aldığını deyib. Daha əvvəl İngiltərə "Liverpul"undan icarəyə götürülmüş Loris Karius "Beşiktaş"dan 4 aydır maaş almadığını və bununla bağlı FIFA-ya şikayət edəcəyini açıqlayıb.(report.az)

Xəbər lenti

Çox oxunanlar