Xəzər Xəbər

Zidanın "Real" rəhbərliyinin qarşısına qoyduğu 6 şərt

İdman | 14:28 • 13 Mart 2019
Zidanın "Real" rəhbərliyinin qarşısına qoyduğu

Ötən yay ayrıldığı "Real"a qayıdan Zinəddin Zidanın klub rəhbərliyinin qarşısına qoyduğu şərtlər açıqlanıb.


Madrid klubunun prezidenti Florentino Peres fransalı mütəxəssisin 6 şərtini qəbul edib.


Zidanın ilk şərti komanda üzərində tam nəzarətin onun əlində olması və lazım olmayan oyunçuların satılması olub.


Mütəxəssis yayda "Yuventus"a keçəcəyi deyilən Marselo və komandanı tərk etməklə bağlı qərar verən İskonun komandada saxlanılmasını tələb edib.


Zidanın növbəti tələbi "Real"ın transfer siyahısında olan Neymarın alınmaması olub. Fransalı mütəxəssis həmçinin icarə əsasında "Bavariya"da çıxış edən Xames Rodrigesin geri qaytarılmamasını istəyib.


Zidanın əsas şərti PSJ-nin gənc ulduzu Kilian Mbappenin alınması olub.


Bundan başqa "Real" rəhbərliyi baş məşqçiyə 350 milyon avro transfer büdcəsi və edib./fanat.az

Xəbər lenti