Xəzər Xəbər

“Neftçi” klubunun futbolçusu Haiti millisinə dəvət alıb

İdman | 13:28 • 13 Mart 2019
“Neftçi” klubunun futbolçusu Haiti millisinə dəvət alıb

"Neftçi” klubunun futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət olunub.


Xezerxeber.az klubun rəsmi saytına istinadla xəbər verir ki, martın 17-dən 25-dək yığmanın düşərgəsində olacaq 29 yaşlı yarımmüdafiəçi KONKAKAF Milli Liqası çərçivəsində martın 24-də keçiriləcək Kuba ilə ev oyununa çağırılıb.


Qeyd edək ki, Soni Mustivar Haiti milli komandasının heyətində 15 oyun keçirib, 2 qolla yadda qalıb.

Xəbər lenti