Xəzər Xəbər

Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq

İdman | 11:19 • 13 Mart 2019
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq

Martın 13-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq.


Xezerxeber.az xəbər verir ki, səkkizdəbir final mərhələsinin sonuncu günündə "Bavariya”-"Liverpul” və "Barselona”-"Olimpik Lion” komandalarının görüşü keçiriləcək.


Günün böyük maraq doğuran əsas oyunu Münxendəki "Allianz Arena”da baş tutacaq. "Bavariya” klubu İngiltərənin "Liverpul” komandasını qəbul edəcək. Bu komandalar arasında İngiltərədə keçirilən ilk görüşdə hesab açılmayıb – 0:0. "Bavariya” növbəti mərhələyə çıxmaq üçün mütləq qələbə qazanmalıdır. İstənilən qollu heç-heçə "Liverpul” komandasının növbəti mərhələyə yüksəlməsi ilə nəticələnəcək.


Münxen təmsilçisinin heyətində Tomas Müller ilə Yozua Kimmix cəzalı, Korenten Tolisso və Aryen Robben zədəlidir. Kinqsli Komanın vəziyyətinə isə oyun vaxtı aydınlıq gələcək. "Liverpul”da isə Aleks Oksleyd-Çemberleyn və Co Qomes zədə üzündən meydana çıxa bilməyəcəklər.


Mərhələnin digər oyunu İspaniyada baş tutacaq. Fransanın "Lion” klubu səfərdə "Barselona” komandasının qonağı olacaq. Bu komandalar arasında Fransada keçirilən görüşdə heç-heçə qeydə alınıb – 0:0.


"Barselona”nın heyətində Usman Dembele və Tomas Vermaleninin oynayıb-oynamayacağı dəqiq bilinmir. "Lion”da Amin Quiri zədəli, Marselo Filyonun durumu sual altındadır.


Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. "Bavariya” - "Liverpul” görüşü "CBC Sport”, "Barselona” - "Lion” oyunu isə İdman Azərbaycan kanallarında birbaşa yayımlanacaq.

Xəbər lenti