Xəzər Xəbər

Məsut Özil keniyalı uşaqlara formasını göndərib

İdman | 17:50 • 12 Mart 2019
Məsut Özil keniyalı uşaqlara formasını göndərib

İngiltərənin "Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil formasını keniyalı uşaqlara göndərib.

Xezerxeber.az xəbər verir ki, Kenyanın Nayrobi şəhərində yaşayan Lavrens adlı uşağın qələmlə köynəyinin arxasına "Özil” yazdığını sosial mediada görən 30 yaşlı futbolçu həmin uşağa və dostlarına forma, top və butslar göndərib.

Türk əsilli futbolçu öz "Instagram” hesabında uşaqların şəkillərini paylaşaraq altında qeyd edib: "Öz əlləriylə düzəltdiyi formanı geyinən uşaqların şəkillərini internetdə görəndə çox təsirləndim. İndi Lavrensə baxın. Onu və qardaşını belə xoşbəxt gördüyüm üçün çox sevinirəm”.

Qeyd edək ki, Özil peşəkar futbolçu karyerasının debütünü 2006-cı ildə Almaniyanın "Şalke” klubunda edib. O, 2007-ci ildən 2011-ci ilədək "Verder Bremen”, 2011-ci ildən 2014-cü ilədək "Real Madrid”in formasını geyinib. Yarımmüdafiəçi 2014-cü ildən Londonun "Arsenal” komandasında çıxış edir.

Xəbər lenti