Xəzər Xəbər

Mattes de Liqt “Barselona”ya keçmək niyyətindədir

İdman | 17:41 • 12 Mart 2019
Mattes de Liqt “Barselona”ya keçmək niyyətindədir

Hollandiyanın "Ayaks” futbol klubunun kapitanı Mattes de Liqt yay transferi pəncərəsində Kataloniyanın "Barselona” komandasına keçmək niyyətindədir.

Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, "Barselona” klubu öz növbəsində bu transferi həyata keçirmək istəyir. Komanda buna görə "Ayaks”a 70 milyon avro ödəməyə hazırdır. Hollandiyalı müdafiəçi, həmçinin Fransanın "Paris Sen-Jermen” və İtaliyanın "Yuventus” klublarının da maraq dairəsindədir.

Qeyd edək ki, Kataloniya təmsilçisi qış transferi pəncərəsində 75 milyon avro qarşılığında Mattes de Liqtin komanda yoldaşı Frenki De Yongu transfer edib.

Xəbər lenti