Xəzər Xəbər

Makqreqor saxlanılıb - SƏBƏB

İdman | 09:08 • 12 Mart 2019
Makqreqor saxlanılıb -

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Mayami-Biçdə polislər tərəfindən saxlanılıb.

K.Makqreqorun saxlanılmasına səbəb onun azarkeşin mobil telefonunu qırması olub.

Bildrilir ki, döyüşçünün azarkeşi otelin qarşısında onun şəkilini çəkib. Daha sonra K.Makqreqor azarkeşin telefonunu alaraq qırıb və özü ilə götürüb.

"Mmafighting.com"un məlumatına əsasən, zərərçəkən şəxs İngiltərədən olan Əhməd Əbdirzakdır.

Döyüşçü soyğunçuluq və dələduzluqda ittiham edilib.

Xəbər lenti