Xəzər Xəbər

Zinəddin Zidan qərarını verdi: hansı klubda çalışacaq?

İdman | 20:08 • 11 Mart 2019
Zinəddin Zidan qərarını verdi:

Zinəddin Zidan "Real” rəhbərliyinin komandanın baş məşqçi postuna qayıtmaq təklifi ilə bağlı qərar verib.


Paytaxt təmsilçisinin prezidenti Florentino Peresin təlimatı ilə fransalı mütəxəssislə danışıqlar başlayıb. Lakin Zidan onunla əlaqə saxlayan "Real” rəsmilərinə "yox" cavabı veribş


İddialara görə, Zidan "Yuventus”la danışıqlar apardığı üçün belə bir addım atıb.


Qeyd edək ki, Zidan son üç mövsümdə baş məşqçisi olduğu "Real”la Çempionlar Liqasını qazanıb.


Fanat.Az

Xəbər lenti