Xəzər Xəbər

Zeedorf “Real”ı çalışdıra bilər

İdman | 17:13 • 11 Mart 2019
Zeedorf “Real”ı çalışdıra bilər

Kamerun millisinin baş məşqçisi Klarens Zeedorf mövsümün sonuna qədər sabiq komandası "Real”ı çalışdıra bilər.

"AS” nəşri xəbər verir ki, Madrid klubu hollandiyalı mütəxəssisi danışığa dəvət edib. Zeedorfun Madridə gedərək klubun idarə heyətinin üzvləri ilə görüşdüyü bildirilir.

"Real” rəhbərliyi komandanı mövsümün sonuna qədər keçmiş yarımmüdafiəçiyə tapşırmaq istəyir.

Qeyd edək ki, "Real"ın hazırkı baş məşqçisi Santyaqo Solari ilə tezliklə yolları ayıracağı gözlənilir.

Xəbər lenti