Xəzər Xəbər

Ramil Şeydayev milliyə dəvət aldı

İdman | 16:31 • 11 Mart 2019
Ramil Şeydayev milliyə dəvət aldı

Rusiya Premyer Liqasında çıxış edən "Krılya Sovetov" klubunun hücumçusu Ramil Şeydayev milli komandamıza dəvət alıb.

Bu barədə klubun saytı məlumat yayıb. 22 yaşlı hücumçu millimizin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ və Litva ilə yoxlama oyununda heyətdə yer alacaq.

Seçmə mərhələnin ilk turunda martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq millimiz 4 gün sonra isə Bakıda Litva ilə yoxlama matçı keçirəcək.

Qeyd edək ki, Şeydayev qış fasiləsindən sonra Samara klubunun heyətində hər iki oyunda meydanda olub və iki qola imza atıb.

Xəbər lenti