Xəzər Xəbər

“Liverpul”un qapıçısı Şamal Corc hücuma məruz qalıb

İdman | 15:15 • 11 Mart 2019
“Liverpul”un qapıçısı Şamal Corc hücuma məruz qalıb

İngiltərənin "Liverpul” futbol klubunun qapıçısı Şamala Corc hücuma məruz qalıb.

Xezerxeber.az TASS-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında Liverpulun mərkəzindəki meydanda baş verib. Təcavüzkarlar 21 yaşlı qapıçı və onun 28 yaşlı qardaşına xəsarət yetiriblər. Hər iki zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Şamal Corc "Twitter” səhifəsində azarkeşlərinə müraciət edib və dəstəklərinə görə təşəkkür edib. "Liverpul”un rəhbərliyi deyib: "Biz Şamala və ailəsinə lazımi kömək göstərəcəyik”.

Qeyd edək ki, Britaniya polisi araşdırmalara başlayıb və videogörüntülərdən istifadə edərək təcavüzkarları axtarır.

Xəbər lenti